İsrail əsgərləri 13 mindən çox uşağı yaralayıb
İsrail əsgərlərinin 12 yaşındakı fələstinli uşağı döyməsi kameraya əks olunub. “Olaylar” bildirir ki, Fələstin Ramallah şəhərində İsrail əsgərləri 12 yaşındakı bir uşağa yumruq zərbələri və təpiklərlə xəsarət yetiriblər. Döyülən uşaq daha sonda əsgərlərin maşınına mindirilir. Uşağın kimliyi və indi harada olduğu məlum deyil.
19 Avqust 2017 16:25 Dünyaİsrail əsgərlərinin 12 yaşındakı fələstinli uşağı döyməsi kameraya əks olunub. "Olaylar" bildirir ki, Fələstin Ramallah şəhərində İsrail əsgərləri 12 yaşındakı bir uşağa yumruq zərbələri və təpiklərlə xəsarət yetiriblər. Döyülən uşaq daha sonda əsgərlərin maşınına mindirilir. Uşağın kimliyi və indi harada olduğu məlum deyil.
İyun ayında Fələstin İnformasiya Nazirliyinin yayımladığı bir hesabata görə, İsrail təhlükəsizlik qüvvələri 2000-ci ildən bu günə qədər 12 mindən çox uşağı nəzarətə götürüb, 13 mindən çox uşağı yaralayıblar. Hesabata əasasən, nəzarətə alınan uşaqların 95 faizinə işgəncə verilib.