Ermənistan parlamentində hakim çoxluq müxalifətin demokratiya ilə bağlı bəyanat layihəsini rədd edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının 17 noyabr tarixli iclasında müxalif "Ermənistan" bloku fraksiyasının ölkədə demokratiyanın geriləməsi ilə bağlı hazırladığı bəyanat layihəsinin gündəliyə daxil edilməsi məsələsi müzakirə olunub. Daha əvvəl parlamentin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyası tərəfindən rədd edilən layihəni İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyanın sədri, müxalifət deputatı Lilit Qalstyan təqdim edib.

Qalstyanın sözlərinə görə, təşəbbüs fraksiyanın ölkədə demokratiyanın vəziyyəti, insan hüquqlarının müdafiəsi, siyasi təqiblər, məhkəmə sisteminin müstəqilliyi, ədalətli məhkəmə araşdırması, eləcə də söz və toplaşmaq azadlığı ilə bağlı narahatlıqlarına əsaslanır. Lakin parlamentdə çoxluq təşkil edən hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları müxalifətin bu layihəni iclasın gündəliyinə salmaq təşəbbüsünü qəbul etməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31