Kallasın danışıqlardan kənarda qalması Aİ daxilində nüfuz uğrunda mübarizəni gücləndirib- ÖZƏL
10:50 SiyasətAvropa İttifaqının Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamaq cəhdləri qurum daxilində xarici siyasətə nəzarət uğrunda mübarizəni yenidən gündəmə gətirib. Bu proses Aİ institutları arasında səlahiyyət və təsir dairələrinin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqlarını üzə çıxarıb. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası Ukrayna məsələsində aparıcı mövqe tutmaqla yanaşı, Aİ-nin İsraillə münasibətlərinə dair məsələlərdə də əsas rol oynamağa başlayıb. Bu isə Kaja Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin Yaxın Şərq və Şimali Afrika istiqamətindəki fəaliyyətinin müəyyən mənada təkrarlanmasına səbəb olub.
"Politico"nun məlumatına görə, Brüsseldə Fransa və Almaniyanın Avropa Xarici Fəaliyyət Xidmətində islahat aparmaq təşəbbüsü də narahatlıqla qarşılanır. Ehtimal olunur ki, bu dəyişikliklər qurumun Avropa Komissiyasına daha sıx inteqrasiyasını nəzərdə tutur. Bəzi rəsmilər isə bu təşəbbüsü Aİ-nin xarici siyasət rəhbəri postunu Avropa Komissiyasının nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirirlər.