Nəhayət! Paşinyan Antalyadan “oğurladığı” bananı İrəvanda YEDİ!
10:44 SiyasətAntalyadan başlayan, Dublindən keçən, müxtəlif ölkələrdə davam edən və İrəvanda başa çatan qeyri-adi "banan diplomatiyası" nəhayət, yekunlaşdı. Ermənistanın Baş naziri Nikol Paşinyan günlərlə özü ilə gəzdirdiyi bananı kameralar qarşısında yeyərək sosial şəbəkələrdə heyrətlə izlənilən bu düşük hekayəyə son qoydu.
Musavat.com xəbər verir ki, hər şey Paşinyanın Türkiyənin Antalya şəhərində COP31 tədbirləri çərçivəsində səfərdə olduğu zaman başlayıb.
Ermənistanın Baş naziri qaldığı otel otağından bir bananı götürərək cibinə qoyub və Dublinə yollanıb. Üstəlik, bu qeyri-adi hərəkətini özü sosial şəbəkələrdə ictimailəşdirib.
Hadisə internetdə əsl hadisəyə mövzusuna çevrilib. Çünki bir ölkənin baş nazirindən belə düşük hərəkət nadir hallarda müşahidə olunur. Bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri bu əməli ciddiyyətlə "Paşinyan Antalyadan banan oğurladı" başlığı ilə təqdim etdilər. Sosial medianın Ermənistan seqmentində isə Paşinyan ciddi həqarətlərə uğradı.
Antalyadan götürülən banan Dublində yenidən Paşinyanın cibindən çıxıb. Sonra Brüssel, Paris, Yeni Dehli və Pnompen də daxil olmaqla müxtəlif şəhərlərdə davam edən səfərlərin sosial media görüntülərində həmin banan yenidən gündəmə gəldi.
Və nəhayət, böyük final!
Paşinyan noyabrın 16-da İrəvanda paylaşdığı videoda artıq xeyli saralmış, qabığı qaralmış və əzik görünən bananı kameralar qarşısında soyaraq yeyib.
Beləcə, Antalyada başlayan və bir neçə paytaxtdan keçən "banan epopeyası" İrəvanda başa çatıb.
Paşinyan bu dəfə nə sülh müqaviləsi imzalayıb, nə də hansısa diplomatik bəyanat verib. Sadəcə, günlərlə özü ilə gəzdirdiyi bananı yeyib!
Bananın taleyi həll olundu. İndi növbə regionun daha ciddi problemlərinindir...
Hərəkət elə, Paşik!