Gündəm

Sosial şəbəkə istifadəçilərini həbs gözləyir – İRANDA

21 Avqust 2017 10:51

İranda ən çox istifadə edilən sosial şəbəkələrdən biri də  Telegramdı. “Olaylar” bildiriir ki, İranda 14 Telegram istifadəçisini 91 gündən 5 ilə qədər  həbs cəzası gözləyir. İran Məhkəmə Hakimiyyətinin rəsmisi  Gulamhüseyin Muhsini Ejei açıqlamasında bildirib ki, "Bu günə qədər Telegram istifadəçiləri haqqında araşdırmalar etdik. Araşdırmamız zamanı 14 nəfərə aid olan sənədləri məhkəməyə təqdim etdik. Günahlandırılan şəxsləri 91 gündən 5 ilə qədər həbs gözləyir." -  deyə, bildirib.

30 mindən çox insan evini tərk etdi

21 Avqust 2017 10:50

BMT-nin İraqdakı nümayəndəliyi bildirir ki, İraqın telafer şəhərindən 30 mindən çox insan təhlükəsizlikləri naminə öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Olaylar” bildiriri ki, buna səbəb bölgədə İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyatlardı. Həmçinin açıqlamada qeyd olunur ki, “Telaferdə qalan insanlar haqqında heç bir məlumat yoxdur. Yaxın günlərdə minlərlə insanın təhlükəsiz ərazilərə köçürülməsi gözlənilir”.

Kollara görə 2000 manat CƏRİMƏ

21 Avqust 2017 10:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə İmişli rayonu Kürdmahmudlu kənd sakini Qoşqar Əhmədov tərəfindən kənd ərazisində suvarma arxının ətrafında yulğun kollarının məhv edilməsi ilə bağlı şikayət daxil olub. “Olaylar” bildirir ki, şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı yaş köküstə yulğun kollarının traktor vasitəsilə əzildiyi və kökündən çıxarılaraq məhv edildiyi aşkar edilib.

Məşhur Hollivud ulduzu vəfat etdi

21 Avqust 2017 08:07

Məşhur Hollivud aktyoru, prodüsseri, müğənni və  rejissor və Cerri Levis  91 yaşında Las Vegasdakı  evində vəfat edib. “Olaylar” bildiirir ki, məşhur komediya aktyoru 1926 – cı il martın 16 – da anadan olub. 5 yaşından Nyu – Yorkun kiçik zallarından sənətə başlayan aktyor 1946 – cı ildə məşhur müğənni Dean Martin ilə duet oxuyub. Aktyor 1950-ci illərdə "The Bellboy" və "The Nutty Professor" filmləri ilə məşhurlaşmağa başlayıb.

130 arvadı dul qaldı

20 Avqust 2017 19:51

Nigeriyada 130 arvadı olan Məhəmməd Bello Əbubəkr 93 yaşında həyatını itirib. “Ata Masaba" ləqəbi ilə tanınan Məhəmməd Bello Əbubəkr öz evində ölüb. Əbubəkr 2008-ci ildə medianın gündəmində olarkən 86 arvadı var idi. O, 9 il ərzində arvadlarının sayını 130-a çatdıra bilib.

Məşhur yazıçı vəfat etdi

20 Avqust 2017 19:49

Amerikalı aktyor, ictimai xadim, yazıçı və komediya ustası Dik Qreqori 85 yaşında vəfat edib. "Olaylar" bildirir ki, bu barədə aktyorun oğlu Kristian məlumat verib. Onun 11 övladı var.

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 19:45

Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var. Bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır. Ordusu olmayan ölkələri təqdim edirik: Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur. İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.

İstirahətdə olan nazirin müşavirini ildırım vurdu

20 Avqust 2017 19:31

Rusiya səhiyyə nazirinin müşaviri İqor Lanskoy dünyasını dəyişib. Rusiya Səhiyyə Nazirliyi 41 yaşlı məsləhətçinin faciəli şəkildə öldüyü barədə məlumat yayıb.

Şahdağ Milli Parkı YANIR

20 Avqust 2017 10:10

Avqustun 20 - də  saat 08-45 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisində, rayonun Tikanlı kəndi ilə həmsərhəd hissəsində yanğın hadisəsi baş verib.   "Olaylar" bildirir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Rusiyada baş verən hadisəni İŞİD təşkil edib

20 Avqust 2017 09:38

Ötən gün Rusiyanın Surqut şəhərində dinc əhaliyə bıcaqla hücum olmuşdu. “Olaylar” bildirir ki, polis tərəfindən öldürülən tecavüzkar İŞİD terror təşkilatına üzv olub. Hadisədən sonraİŞİD hadisəni öz üzərinə götürüb. Qeyd edək ki, hadisə nəticəsində 8 nəfər yaralanmışdı. Onlardan 4 – nün vəziyyəti ağırdı.

Daha bir ölkədə naməlum şəxs isanlara hücum etdi 

20 Avqust 2017 09:29

Avstraliyanın Sidney şəhərindəki “Chatswood Mall” ticarət mərkəzində naməlum şəxsin avtomobili müştərilərin üzərinə sürməsi nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb. Hadisə ticarət mərkəzinin çıxışında baş verib.

Xalq artistinə qarşı dələduzluq

20 Avqust 2017 09:25

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Bu barədə müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib. Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb: "Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".

İsvec dövləti  106 yaşlı qadına rədd cavabı verdi

19 Avqust 2017 16:46

İsveç İmmiqrasiya Bürosu ölkədən sığınacaq istəyin 106 yaşlı Əfqanıstan vətəndaşına rədd cavabı verib. “Olaylar” bildirir ki, dünyanın ən yaşlı sığınacaq axtaran 106 yaşlı Əfqanıstan vətəndaşı Bibikhal Özbəkini Skaraborg şəhərində bir il məskunlaşan əfqanıstanlı qadının İsvec dövlətinin qərarına etiraz etmə haqqı var.

Rusiyada əhaliyə hücum - 8 yaralı

19 Avqust 2017 16:34

Rusiyanın Surqut şəhərində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. "Olaylar" bildirir ki,  hücum zamanı 8 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Silahlı şəxs hadisə yerinə gələn polislərə müqavimət göstərib. Təslim olmayan silahlı polis tərəfindən öldürülüb. Bəzi məlumatlara görə, maskalı olan şəxsin psixiki pozğunluğunun olduğu ehtimal edilir.