Şahdağ Milli Parkı YANIR
Avqustun 20 - də saat 08-45 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisində, rayonun Tikanlı kəndi ilə həmsərhəd hissəsində yanğın hadisəsi baş verib. "Olaylar" bildirir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
20 Avqust 2017 10:10 SosialAvqustun 20 - də saat 08-45 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisində, rayonun Tikanlı kəndi ilə həmsərhəd hissəsində yanğın hadisəsi baş verib.
"Olaylar" bildirir ki, yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Alov təxminən 1 hektar kolluq ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər dəvam etdirilir.