Gündəm

Səhiyyə Nazirliyi: Təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır

21 Avqust 2017 11:50

"Azərbaycanda təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət nəzarət altındadır". Bunu  Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu gün yoluxucu xəstəliklərlə bağlı kəskin bir hal yoxdur və vəziyyət stabildir. 

Ramos 18 qırmızı vərəqə ilə antirekorda şərik çıxıb

21 Avqust 2017 11:48

Madird “Real”ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçında növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-ci qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Ramos karyerasını davam etdiridiyindən, qarşıdakı oyunlarda da qırmızı kart alıb "zirvə"ni ələ keçirəcəyi gözlənilir.

İŞİD-in bombardmanının görüntüləri yayıldı - VİDEO

21 Avqust 2017 11:45

İŞİD terror qruplaşmasının döyüşçülərinə aid kolonun Rusiya hərbi aviasiyası tərəfindən məhv edilməsinin görüntüləri yayılıb. İŞİD kolonu Deyr-ez-Zor şəhərinə hərəkət edirdi. Daha əvvəl Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi aviasiya böyuk kalibrli silahlar və minaatanlarla İŞİD-in 20-dən çox avtomobili, həmçinin tanklar da daxil olmaqla zirehli texnikasını məhv edib.

Dünya çempionunu yumruqla öldürən azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi

21 Avqust 2017 11:43

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır.

Atambayevin adamı istefaya gedir- HÖKUMƏT BURAXILIR

21 Avqust 2017 11:42

Qırğızıstanın Baş naziri Soronbay Cenbekov oktyabrda keçiriləcək prezident seçkisində namizəd kimi rəsmən qeydiyyatdan keçib. Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Messi transfer olunur - ŞOK RƏQƏM

21 Avqust 2017 11:40

Neymardan sonra Lionel Messi də "Barselona"dan gedəcək. Bu iddia ilə Fransa mətbuatı çıxış edib. İddia olunur ki, "Mançester Siti" argentinalı ulduzun müqaviləsindəki maddədən istifadə etmək istəyir. Həmin maddəyə əsasən 300 milyon avro ödəniləcəyi halda Messi komandanı tərk edə bilər.

Filippində kəndə basqın edilib, 9 nəfər öldürülüb

21 Avqust 2017 11:37

Bir qrup silahlı şəxs Filippinin Basilan əyalətində kəndə basqın edib. Kənd hücum nəticəsində 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 05.30 radələrində baş verib. 

Ukraynalı müğənni Ruslana: “Muğamı öyrənirəm”

21 Avqust 2017 11:28

“Azərbaycan tamamilə fərqli insanları bir araya gətirmək üçün unikal və demokratik platformadır”. Bunu Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş ukraynalı müğənni Ruslana deyib.

Bu gün Günəş tam tutulacaq

21 Avqust 2017 11:25

Bu gün tam Günəş tutulması baş verəcək. ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə əsasən, avqustun 21-də tam Günəş tutulması baş verəcək. Tədqiqatçılar Günəş tacının əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacağını bildirirlər. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Politoloq: “Ermənistanda nəinki Türkmənistan, heç İran mövzusunu bilmirlər”

21 Avqust 2017 11:24

Prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhaniylə görüşü ilə bağlı Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda Ermənistan-İran-Türkmənistan qaz və elektrik enerjisinin mübadiləsi mövzusunun müzakirə olunması barədə də informasiya öz əksini tapmışdı. Bu erməni siyasətçilərinə İranla, o cümlədən Türkmənistanla əlaqələrə yeni PR xarakter verməyə şərait yaratdı. Reallıq isə ayrı şeydir.

“Çelsi” "Tottenhem”i məğlub edib

21 Avqust 2017 11:22

İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi matçında “Tottenhem” klubu öz meydanında son çempion “Çelsi”ni qəbul edib.  “Uembli” sadionunda baş tutan London derbisi qonaq komandanın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Sabiq prezident: "Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməlidirlər"

21 Avqust 2017 11:18

Bu gün Bakıda Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. Tədbiri giriş sözü ilə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Səragəldin açıb və forumun əhəmiyyətindən danışıb.

Yengə haqqında keçmiş zamanda niyə danışırıq ki? Günel Natiq yazır

21 Avqust 2017 11:06

Adətən yengəni belə təsəvvür edirəm; Genbalaq, tosqun qadın, yanlarını basa-basa yeriyir. Gəlinin yanından bir an da çəkilmir, sanki bir anlıq uzaqlaşsa, onun nəzarəti olmadan həmin hadisə baş verəcək. Yengə həmin vaxt öz “mövqeyində” olmayacağından çox qorxur. Ümumiyyətlə yengə gedişat boyu mütləq hər hadisənin içində olmalıdır. Yengə kimdir? Quqla baxıram. Keçmişdə qızlar gəlin köçəndə onun yanında gedən, ona rəhbərlik edən qadın. Əlbəttə ki, yengə gəlini öz otağına kimi müşayiət edib, qapının ağzını kəsdirirdi və bəyi içəri buraxandan sonra qapının deşiyindən içəriyə nəzarət edirdi.

"Öz uşaqlarımı qucağıma almağa qoymurdu" Bir qadının hekayəsi...

21 Avqust 2017 11:04

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınların həyat hekayəsini oxucularımıza təqdim etməyə davam edirik.  Bu günki qəhrəmanımız 2 uşaq anası Tahirədir (Ad şərtidir). Tahirənin hekayəsi də digər qadınların hekayəsinə bənzərdir. O, 2 aydır ki,  sığınacaqdadır və övladları ilə burada yaşayır.

“Florence”  Yer kürəsinin 7 milyon kilometr yaxınından keçəcək

21 Avqust 2017 10:53

NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcəyi qeyd olunur. “Olaylar” bildirir ki, bununla bağlı  NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.