Ramos 18 qırmızı vərəqə ilə antirekorda şərik çıxıb
Madird “Real”ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda “Deportivo” ilə səfər matçında növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-ci qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Ramos karyerasını davam etdiridiyindən, qarşıdakı oyunlarda da qırmızı kart alıb "zirvə"ni ələ keçirəcəyi gözlənilir.
21 Avqust 2017 11:48 İdmanMadird "Real"ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda "Deportivo" ilə səfər matçında növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-ci qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb. Serxio Ramos 53-cü və 90+2-ci dəqiqələrdə sarı vərəqə almaqla, meydandan kənarlaşdırılıb. Ramos karyerasını davam etdiridiyindən, qarşıdakı oyunlarda da qırmızı kart alıb "zirvə"ni ələ keçirəcəyi gözlənilir.
Qeyd edək ki, "Deportivo" - "Real" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sia.az