“Çelsi” "Tottenhem”i məğlub edib
İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi matçında “Tottenhem” klubu öz meydanında son çempion “Çelsi”ni qəbul edib. “Uembli” sadionunda baş tutan London derbisi qonaq komandanın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
21 Avqust 2017 11:22 İdmanİngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi matçında "Tottenhem" klubu öz meydanında son çempion "Çelsi"ni qəbul edib. "Uembli" sadionunda baş tutan London derbisi qonaq komandanın 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Matçda hər üç qolu qonaq komandanın futbolçuları vurublar. Belə ki, Markos Alonso 24 və 88-ci dəqiqələrdə dubl etdiyi halda, Miçi Batşuayi 82-ci dəqiqədə avtoqola imza atıb.
"Çelsi" iki turdan sonra aktivinə 3 xal yazdıra bilib. "Totenhem" isə ötən turda qazandığı qələbədən sonra meydanı bu dəfə xalsız tərk edib. Sia.az