Filippində kəndə basqın edilib, 9 nəfər öldürülüb

Bir qrup silahlı şəxs Filippinin Basilan əyalətində kəndə basqın edib. Kənd hücum nəticəsində 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 05.30 radələrində baş verib. 

Bir qrup silahlı şəxs Filippinin Basilan əyalətində kəndə basqın edib. Kənd hücum nəticəsində 9 nəfər öldürülüb, 10 nəfər yaralanıb. Hadisə bu gün yerli vaxtla saat 05.30 radələrində baş verib. Silahlı şəxslər kəndə daxil olaraq evləri yandırmağa, insanlara atəş açmağa başlayıblar. Hücumda 50-yə yaxın şəxsin iştirak etdiyi ehtimal olunur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Apa.az "Sinxua" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31