Şahdağ Millli Parkında baş vermiş yanğın söndürülüb
20 Avqust 2017 11:20 SosialAvqustun 20 - də Şahdağ Milli Parkının Qəbələ rayonu ərazisində, rayonun Tikanlı kəndi ilə həmsərhəd hissəsində baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının birgə səyləri nəticəsində saat 12 radələrində söndürülüb.
"Olaylar" bildirir ki, görülmüş operativ tədbirlər nəticəsində yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı təxminən 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Yanğının baş vermə səbəblərini müəyyən etmək üçün Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət olunub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31