Donald Tramp haqqında ŞOK İDDİA — İstefa edəcək
18 Avqust 2017 17:53 DünyaABŞ prezidenti Donald Trampın istefa verəcəyi iddia edilib. 1987-ci ildə nəşr edilən və ən çox satılan "The Art of The Deal" adlı kitabın yazıçısı Toni Şvarts bu iddianın müəllifidir. Şvarts Trampın prezidentliyinin başa çatdığını söyləyib. Tvitter səhifəsində proqnozlarını paylaşan yazıçı Respublikaçılar partiyasının seçki kampaniyası komandası ilə Rusiya arasındakı əlaqələrə aid istintaqın başa çatmasından əvvəl Trampın istefa edəcəyini bildirib. Şvarts yazıb: "Trampın prezidentliyi faktiki olaraq başa çatıb. İlin sonuna qədər vəzifədə qalsa təəccüblənərəm. Payızda və ya daha əvvəl istefa edəcək". Trampın ətrafındakı insanların işıq sürəti ilə azaldığını vurğulayan Şvarts "Tramp istefa verəcək və Müller ilə Konqres ona seçim variantı buraxmadan qələbə elan edəcək". Sabiq FTB direktoru Rober Müller Rusiya-ABŞ istintaqına rəhbərlik edir. Ölkə.az