Türkiyəli nazir Almaniyaya susmağı tövsiyə etdi
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Almaniya kansleri Angela Merkelin Gömrük İttifaqı anlaşması ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib. Nazirin sözlərinə görə, bu cür mənfi fikirlərlə itirən həm Türkiyə, həm də Almaniya olar: “Vəziyyət belə olduqda itirən hər iki tərəf olacaq. Ancaq, kimlərin sevinəcəyini yaxşı düşünmək lazımdır. Həm FETÖ-nin, həm bölücü terror təşkilatı mənsublarının, həm də iki ölkənin inkişafını istəməyən güclərin sevinəcəyi bir dövrdə bu haqda yaxşı düşünmək lazımdır”.
18 Avqust 2017 15:25 DünyaTürkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci Almaniya kansleri Angela Merkelin Gömrük İttifaqı anlaşması ilə bağlı verdiyi açıqlamasına münasibət bildirib. Nazirin sözlərinə görə, bu cür mənfi fikirlərlə itirən həm Türkiyə, həm də Almaniya olar: "Vəziyyət belə olduqda itirən hər iki tərəf olacaq. Ancaq, kimlərin sevinəcəyini yaxşı düşünmək lazımdır. Həm FETÖ-nin, həm bölücü terror təşkilatı mənsublarının, həm də iki ölkənin inkişafını istəməyən güclərin sevinəcəyi bir dövrdə bu haqda yaxşı düşünmək lazımdır". Alman dostlarına susmağı tövsiyə edən N. Zeybekci bildirib ki, belə bir çətin vaxtı sakit keçirməliyik.
Xatırladaq ki, ötən gün A.Merkel Türkiyə ilə Avropa İttifaqı arasındakı gömrük razılaşmasının vaxtının uzadılmayacağını bəyan edib: "Razılaşma yenilənməyəcək". Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.