Azərbaycan filminin namizədliyi verildi - Oskar mükafatına

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. “Olaylar” İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəznində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının Oskar Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib. "Olaylar" İttifaqa istinadən bildiri ki, iclasda bir sıra məslələr müzakirə olunub. O cümlədən, Komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin "Nar Bağı" filminin Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.

Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkətinin birgə istehsalı olan "Nar bağı" filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31