Onlar əbədi olaraq qəlblərdə yaşayacaqlar- ÖZƏL
11:05 Siyasət"Uca xalqımız və müqəddəs dövlətimiz daim var olacaq və hər il 27 Sentyabr günündə də qəhrəman şəhidlərimiz böyük hörmətlə anılacaqlar. Beləliklə, onlar əbədi olaraq qəlblərdə yaşayacaqlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib: "Anım günündə geriyə dönüb baxmağımızda və bir sıra suallara cavab verib ibrət dərsləri almağımızda fayda vardır. Ərazilərimiz hansı şəraitdə işğal edilmişdi? Ərazilərimiz ölkəmizdə qarışıqlıq hökm sürəndə və dövlətimiz zəif olanda işğal edilmişdi. Bəs ərazilərimiz hansı şəraitdə işğaldan azad edildi? Ərazilərimiz ölkəmizdə təbii sabitlik hökm sürəndə, dövlətimiz güclü, dövlət rəhbərimiz qüdrətli olanda, xalqımız dövlətimizin yanında tək yumruq kimi birləşəndə azad edildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31