Ermənistanın yeni cəfəngiyyatı və illuziyası- TƏHLİL

Bir ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan aprel döyüşlərinin nəticələrinin təsirini unuda bilmir və keçirdiyi narahatlıq göz qabağındadır. Bu xüsusilə də, Ermənistanın aprel döyüşləri haqqında yaydığı şaiyələrdə, atdığı böhtanlarda özünü bir daha göstərir. Diqqətçəkən məqamlardan biri də budur ki, işğalçı ölkə apreldə endirilən sarsıdıcı zərbələrdə, üçüncü dövlətin yəni israil vətəndaşlarının iştirakında israr edir. Bu böhtandan qabaq isə düşmən daha bir dezinformasiya yayıb ki, guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub.

Bir ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan aprel döyüşlərinin nəticələrinin təsirini unuda bilmir və keçirdiyi narahatlıq göz qabağındadır. Bu xüsusilə də, Ermənistanın aprel döyüşləri haqqında yaydığı şaiyələrdə, atdığı böhtanlarda özünü bir daha göstərir. Diqqətçəkən məqamlardan biri də budur ki, işğalçı ölkə apreldə endirilən sarsıdıcı zərbələrdə, üçüncü dövlətin yəni israil vətəndaşlarının iştirakında israr edir. Bu böhtandan qabaq isə düşmən daha bir dezinformasiya yayıb ki, guya aprelin 2-dən 6-na kimi Azərbaycan Silahlı Qüvvələrinin 558 nəfər şəhidi və 1293 yaralısı olub. Bu böhtanları mərhələli şəkildə işə salan Ermənistan dezinformasiyanın işlənməsi və Müdafiə Nazirliyinin adından yayılan saxta sənədin işlənmə tərkibinə diqqət yetirsək, onun Azərbaycan dilinin qrammatik yazılışından nə qədər uzaq olduğunu görərik. Yəni nə qədər çalışsalar da bu saxta böhtan hərəkətlərinə yalançı sübutları belə kömək ola bilmədi. Belə saxtakarlıq etmələrinə də səbəb öz havadarlarından dəstək almaq və qorxaq dırnaq arası ordularını cəsarətləndimək istəyidir. Çünki hələdə arxaya baxmadan qaçmaqlarının təsirindən çıxa bilmirlər.

Qeyd edim ki, dezinformasiyanın yayılmasına dəstək olaraq, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovannisyan da bəyanat yayıb. O, da saxta sənədə əsasən həqiqətdən kənar rəqəmlər açıqlayıb. Görünür Ermənistan bu kimi iddialarla bir tərəfdən Azərbaycan-İsrail münasibətlərini korlamağa, digər tərəfdən özünü "köməksiz" vəziyyətdə göstərib himayədarlarından əlavə dəstək almağa çalışır. Halbuki bu döyüşlərdə kömək axtaran, muzdlu döyüşçü gətirən Ermənistan öz etdiklərinə don geyindirib, bu əməlini ört basdır etməyə çalışır.

Gələk israil məsələsinə, əvvəllər Azərbaycanın qəhrəman xüsusi təyinatlılarının şücaətindən təşvişə düşən erməni tərəfi onları "Türkiyədən gəlmiş Bozqurdlar" kimi qələmə verirdi. İndi isə bundan əl çəkib, heç bir əlaqəsi olmayan bir dövləti ortaya atıblar.

Erməni politoloq Ara Papyan 17 avqustda keçirdiyi mətbuat konfansında iddia edib ki, aprel döyüşlərində İsrail vətəndaşlarının iştirakı beynəlxalq qalmaqaldır. Bunu deyərkən o, son zamanlar İsrailin bəzi mətbuat orqanlarında erməni lobbisinin təsiri altında yazılmış materiallara istinad edib. Həmin yazılarda iddia olunub ki, İsrail istehsalı olan və aprel döyüşlərində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirən və düşmənin 30-dan artıq tankını məhv edən dronlar israilli mütəxəssislərin nəzarətində olub. İddialara görə, guya ki, həmin mütəxəssislər Azərbaycanın xahişi ilə bu əməliyyatda yer alıblar. Ermənilərin bildirdiyinə görə, bu barədə ilk dəfə "Maariv" qəzeti yazıb. Papyan deyib ki, bu, ciddi insidentdir və İsrail vətəndaşlarının bu hərəkətinə ölkə qanunlarına əsasən qiymət verilməlidir. Ermənilər aprel döyüşlərindən əvvəl Azərbaycandan İsrailə uçan təyyarə ilə bağlı da şübhələrini bölüşüblər və özlərindən fantazialar qurublar.

İnformasiya texnologiyaları birliyinin direktoru Karen Vardanyan da bənzər iddialarla çıxış edib. Onun iddiasına görə, İsrailin aprel döyüşlərində Azərbaycan tərəfində iştirakını təsdiq edən "aydın dəlillər mövcuddur". Guya İsrail hökuməti bu faktların üzə çıxmaması üçün Azərbaycanın pilotsuz aparatlarla bağlı sonuncu müraciətinə mənfi cavab verib.

Qeyd edək ki, Azərbaycan tərəfi bu kimi sərsəm iddiaların dəfələrlə yalan olduğunu bəyan edib və işğalçıya sarsıdıcı zərbənin ordumuz tərəfindən vurulduğunu konkret faktlarla sübut edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31