İcra başçısı ASAN könüllüləri ilə görüşüb

Binəqədi rayon İcra Hakimiyyətində 24 iyul tarixindən etibarən təcrübə keçən 10 – cu qrup ASAN könüllüləri ilə görüş keçirilib. “OLAYLAR” -ın xəbərinə görə, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 10-cu qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri müanisbətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.

Binəqədi rayon İcra Hakimiyyətində 24 iyul tarixindən etibarən təcrübə keçən 10 - cu qrup ASAN könüllüləri ilə görüş keçirilib. "OLAYLAR" -ın xəbərinə görə, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 10-cu qrup ASAN könüllüləri iştirak ediblər. Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri müanisbətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
Natiq onu da vurğulayıb ki, bu gün bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin əldə etdiyi sosial-iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsi gəncliyin də mənəvi-psixoloji yüksəlişini təmin edib. Bu gün Sizlərin bütün dövlət qurumlarında bu cür təcrübə keçməyiniz çox məsuliyyətli və gələcək həyatınız üçün önəmlidir. Hər birinizə bu yolda uğurlar diləyirəm.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31