Gürcülərdən azərbaycanlı turistlərə xəbərdarlıq — "Zibil atma"

Gürcüstanda Azərbaycandan gedən turistlər üçün xüsusi xəbərdarlıq lövhəcikləri quraşdırılıb. Qırmızı körpü keçid məntəqəsindən Gürcüstana girişdə üç dildə quraşdırılan lövhəcikdə gürcü ingilis və Azərbaycan dillərində "zibil atma" sözləri yazılıb. Maraqlıdır ki, gürcülər xəbərdarlığın Azərbaycan dilində olan hissəsini iri şriftlərlə yazıblar. Gürcü dilinin dövlət, ingiliscənin beynəlxalq dil olduğunu nəzərə alsaq, üçüncü dil kimi Azərbaycan dilinin seçilməsi görünür təsadüfi deyil. 

Qeyd edək ki, fotonu gənc jurnalist Kamil Əmirli çəkib. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31