Barselona terroru və onu doğuran səbəblər
Beynəlxalq terrorizm yenə can aldı. Bu dəfə hədəf İspaniya oldu. Terrorçular idarə etdikləri mikroavtobusu Barselonada izdihamlı kütlə üzərinə sürərək çoxsaylı insan tələfatına, yüzlərlə şəxsin yaralanmasına səbəb olublar. Kataloniya hökumətinin yaydığı məlumatda təkcə terrakt zamanı 100 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi bildirilir. Xəsarət alanların 15 nəfərinin isə vəziyyəti ağır olaraq qiymətləndirilir.
18 Avqust 2017 12:48 DünyaİŞİD İraq və Suriyadakı məşğlubiyyətinin əvəzini Avropada çıxır
Beynəlxalq terrorizm yenə can aldı. Bu dəfə hədəf İspaniya oldu. Terrorçular idarə etdikləri mikroavtobusu Barselonada izdihamlı kütlə üzərinə sürərək çoxsaylı insan tələfatına, yüzlərlə şəxsin yaralanmasına səbəb olublar. Kataloniya hökumətinin yaydığı məlumatda təkcə terrakt zamanı 100 nəfərin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi bildirilir. Xəsarət alanların 15 nəfərinin isə vəziyyəti ağır olaraq qiymətləndirilir. Son məlumatlara görə, terrakt zamanı 13 nəfər dünyasını dəyişib. Dərhal polisin müdaxiləsi ilə terrorçular zərərsizləşdirilib. Ancaq onlardan bir neçəsinin qaçmağa müvəfəq olduğu da gələn xəbərlər sırasındadır. İspan mediasının xəbərinə görə, antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, daha 1-i yaralanıb. Belə ki, terrorçuların özləri ilə avtomobildə silah-sursat götürdükləri də müəyyən edilib.
Terror aksiyası baş verən andan etibarən ilk ağıla gələn sual terrorun kim tərəfindən və hansı məqsədə törədildiyi olub. Hadisədən dərhal sonra İŞİD terror təşkilatı ilk suala cavab verib. Belə ki, İŞİD Barselona terorunun məsuliyyətini öz üzərinə götürüb. Məlumat üçün qeyd edək ki, terror təşkilatı bundan əvvəl də Avropanın fərqli ölkələrində, Böyük Britaniya, Fransa və Almaniyada da anoloji terraktlar həyata keçirib. Maraqlıdır ki, adlarını qeyd etdiyimiz ölkələrdəki terraktlar da bir növ Varselona terrorundan fərqli olmayıb. Yəni, terror təşkilatı terraktları həyata keçirərəkən əsasən avtomobillərdən istifadə edib. Bu isə İŞİD-in terror taktikasını dəyişməsindən xəbər verir. İŞİD-in son bir il ərzində müxtəlif ölkələrdə həyata keçirdiyi terror aksiyalarından yalnız Tehran aksiyası sonunculardan fərqli olub. Digər suala, bu dəfəki hədəfin nə üçün İspaniya seçilməsinə gəlincə isə, ekspertlər bununla bağlı müəyyən fikirlər səsləndirirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, terrorçular İspaniyada terrakt həyata keçirməklə Avropada heç bir yerin onlar üçün əlçatmaz olmadığını göstərmək istəyirlər. Onun sözlərinə görə, Almaniya, Belçika, Fransa və Böyük Britaniyanı vuran terrorçular turistlərin ən çoz üz tutduğu məkanı - Barselonanı "diqqətdən" kənar saxlamaq istəmədilə. Elxan Şahinoğlu hesab edir ki, İŞİD-in bu dəfəki hədəfinin İspaniya seçilməsi də təsadüfi deyil: "İspaniya anti-terror koalisiyasının üzvüdür. Deməli terroçuların məntiqinə görə onlara qarşı mübarizə aparanların ən passivi belə "diqqətdən" kənarda qala bilməz. İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətlərinin əvəzini Avropada çıxmağa çalışacaq".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, İspaniyanın Barselona şəhərində İŞİD-in törətdiyi terror aksiyası Kabulda, Bağdadda və Hələbdə hər gün törədilən terrorun davamıdı: "Nə yazıq ki, Yaxın Şərqdə davam edən hər gün yüzlərlə insanın öldüyü terror hadisələri sıradan bir xəbər kimi deyilir. Amma İspaniyada isə bunu rezonans olaraq dünya ictimaiyyətinə çatdırırlar. Əlbəttə ki, biz dövlət olaraq hər hansı bir ölkədə həyata keçirilən terror aktını pisləyir, günahsız insanların öldürülməsini lənətləyirik. Ancaq terrorun hansı ölkədə baş verməsindənn asılı olmayaraq o terrordur və hər bir terror aksiyasına da məhz bu prizmadan baxılmalıdır. Yəni, hər gün Yaxın Şərqdə baş verən terraktlar, insan ölümlərinə sıradan bir hadisə, Avropanın hər hansı bir ölkəsi, şəhərində həyata keçirilən terror isə fəlakət kimi qiymətləndirilməməldir. Terrorun və terrorçunun pisi, yaxşısı olmur". Politoloqun sözlərinə görə, Barselona terroruna gətirən səbəblər müəyyən güclərin Yaxın Şərqdə apardığı terror siyasətinin nəticəsidir: "Nə qədər ki, bu regionda müharibə və terror davam edəcəksə, Qərb ölkələri də bir o qədər terrorizmin hədəfində olacaq. Ona görə də ilk növbədə beynəlxalq güclər Yaxın Şərqdə sabitliyin nail olunmasına çalışımalı, bunu reallaşdırmalıdırlar. Əks halda bundan sonra da bir dünyanın müxtəlif bölgələrində qanlı terror aksiyalarının şahidinə çevriləcəyik".
Füzuli