Deputat: "Ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir"

“Azərbaycanda davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir”. Bu fikirləri  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

"Azərbaycanda davamlı olaraq həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir". Bu fikirləri  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Ölkəmizdə məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq və məşğulluğunu artırmaq üçün müntəzəm olaraq ciddi tədbirlərin görüldüyünü dilə gətirən deputat söyləyib ki, son olaraq iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası buna bariz nümunədir.

M. İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar sayəsində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı və uğurlu addımlar atıb: "Dünyanın bir çox inkişaf etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur. Son 13 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür".

2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayan deputat sözügedən proqramların bölgələrdə işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verdiyini deyib: "Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə təxminən 1,6 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2014-2018-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icrasının üçüncü ili ərzində ölkə üzrə ümumilikdə 190 minə yaxın yeni iş yeri açılıb ki, onun da 148 mini daimidir. Onu da qeyd edim ki, 2017-ci ilin birinci yarısında ölkədə 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimidir. Bu fakt bir daha təsdiqləyir ki, respublikamızda yeni iş yerlərinin açılması prosesi uğurla davam etdirilir. Sadalananlarla yanaşı, ölkəmizdə iqtisadi fəallığın artırılması, geniş özəlləşdirmə proqramının hazırlanması və həyata keçirilməsi, həm xarici, həm yerli investorların bu işə cəlb edilməsi və bu kimi qarşıda duran digər vəzifələrin uğurla yerinə yetirilməsi də əhalinin məşğulluğunun artırılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31