Yığmamız bu dəfə məğlub oldu

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Avro-2017-yə hazırlaşan Faiq Qareyevin yetirmələri yenə ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.  İlk 2 görüşdə bir dəfə qalib gəlib (3:1), digərində heç-heçə edən (2:2) voleybolçularımız sloveniyalılarla üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüblər. Rəqib bu dəfə asan qələbə qazanıb - 3:0.

Qeyd edək ki, yığmamız Mariborda bu oyunlardan başqa, Belçika ilə də qüvvəsini sınayıb və 1:3 hesabı ilə uduzub.  Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31