Azərbaycan -Türkiyə münasibətləri inkişaf edir- ÖZƏL

"Azərbaycan Türk dünyasının siyasi, mədəni və ictimai əməkdaşlığının inkişafında fəal rol oynayan ölkələrdən biridir. Azərbaycan-Türkiyə münasibətləri isə qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında inkişaf edərək Türk dünyasının ortaq dəyərlər ətrafında daha sıx birləşməsinə xidmət edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Türk dünyasının gələcəyində gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. Gənclər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması və ortaq dəyərlər əsasında yeni əməkdaşlıq imkanlarının yaradılması Türk dünyasının daha da güclənməsinə xidmət edir.

İnanıram ki, bu kimi beynəlxalq görüşlər Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələr arasında qarşılıqlı əlaqələrin genişlənməsinə və ortaq dəyərlər ətrafında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31