Marsda sirli su anbarı
ABŞ-ın John Hopkins Universitetinin bir qrup alimi Mars səthinin altında ekvatora yaxın yerdə buz şəklində böyük miqdarda su olduğunu aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar aşkar etdiklərinin həqiqi olduğunu yoxlamaq üçün Mars orbitinin məlumatlarını yenidən təhlil etməyə başlayıblar. Lakin həmin ərazidə Qırmızı Planet iqlimininin olduğu nəzərə alındıqda bölgədə suyun olması ehtimalı böyükdür.
18 Avqust 2017 10:48 DünyaABŞ-ın John Hopkins Universitetinin bir qrup alimi Mars səthinin altında ekvatora yaxın yerdə buz şəklində böyük miqdarda su olduğunu aşkar ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar aşkar etdiklərinin həqiqi olduğunu yoxlamaq üçün Mars orbitinin məlumatlarını yenidən təhlil etməyə başlayıblar. Lakin həmin ərazidə Qırmızı Planet iqlimininin olduğu nəzərə alındıqda bölgədə suyun olması ehtimalı böyükdür.
Belə ki, Mars Odyssey Mars səthindən təxminən dörd min kilometr hündürlükdə olduğu üçün alimlər həmin ərazidə nə qədər suyun olduğunu birbaşa müəyyən edə bilməyiblər. Lakin məlum olub ki, suyun bir hissəsini kosmik şüaların hidrogenlə toqquşması zamanı meydana gələn neytronlar təşkil edir. Bunun nəticəsidir ki, Qırmızı Planetdə 2002-ci ildə buz aşkarlanmışdı. Lakin onun tez bir zamanda buxarlanacağı hesab olunurdu.
Yeni statistik metodların köməyi ilə buzun planetin isti bölgələrində də yerləşdiyini öyrənmək olar. Alimlərin fikrinə görə, bu cür qəribə nəticə Marsın oxlarının bir neçə milyon il əvvəl fərqli bir səbəbdən əyilməsinə görə ola bilər. Məhz bu səbəb ekvatorda böyük miqdarda buzun yığılmasına gətirib çıxarıb. Alimlər dondurulmuş suyun sublimasiya reaksiya verməsinin mümkünlüyünü bildiriblər.