İlham Əliyev: “Terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”
Prezident İlham Əliyev Barselonada baş vermiş terror hadisəsi ilə əlaqədar olaraq İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının məktubunda qeyd edilir ki, İspaniyada törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıldıb: “Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.
18 Avqust 2017 11:06 SiyasətPrezident İlham Əliyev Barselonada baş vermiş terror hadisəsi ilə əlaqədar olaraq İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib. "OLAYLAR"-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının məktubunda qeyd edilir ki, İspaniyada törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıldıb: "Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".