Krasnodarda neft obyektləri kütləvi dron hücumuna məruz qalıb – ÖZƏL
11:56 DünyaOlaylar.az xəbər verir ki, sentyabrın 28-nə keçən gecə Ukrayna PUA-larının Krasnodar diyarında törətdiyi kütləvi hücum nəticəsində Dinsk, Pavlovsk və Krasnoarmeyski rayonlarındakı üç mülki infrastruktura ziyan dəyib və yanğınlar baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Zərbələr nəticəsində Novotitarovskaya kəndində yerləşən "Edelveys-95" şirkətinə məxsus neft bazası və Pavlovskaya kəndindəki "LUKOİL-Yuqnefteprodukt" obyekti vurulub.
Bu, son günlərdə regionun yanacaq infrastrukturuna edilən ilk hücum deyil. Sentaybrın 24-də də həmin neft bazası, eləcə də Rostov vilayətindəki obyekt hədəf alınmışdı. Sentyabrın 26-da isə Ilsk və Afip neft emalı zavodlarına endirilən zərbələr nəticəsində bir nəfər həlak olmuş, bir nəfər yaralanmışdı. Ümumilikdə, PUA hücumları səbəbindən son bir həftədə 3, ayın əvvəlindən responds detects 8 Rusiya neft emalı zavodu fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.