"Everton" transfer rekordunu təzələdi

"Everton" heyətini gücləndirib. Goal.az xəbər verir ki, liverpullular islandiyalı Qulfi Siqurdssonu transfer edib. Klubun rəsmi saytından verilən açıqlamaya görə "Swansea City"dən transfer edilən 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İngiltərə mətbuatının yazdığına görə bu transfer "Everton"a 45 milyon funt sterlinqə başa gəlib. Bununla da "göylər" ən bahalı keçidini reallaşdırmış oldu. O, yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Siqurdson daha əvvəl İngiltərədə "Riding", "Tottenham", Almaniyada isə "Hoffenheim"in şərəfini qoruyub.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31