Boliviyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
17 Avqust 2017 18:23 SiyasətBoliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani 18 avqust 2017-ci il tarixində Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək. Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.