UEFA-dan Maksim Medvedevlə bağlı QƏRAR

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Kopenhagen"in UEFA-ya şikayət məktubu ünvanladığını xəbər vermişdik. Danimarkalıların şikayəti ağdamlıların müdafiəçisi Maksim Medvedevlə bağlıdır. Belə ki, klubun iddiasına görə, təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi oyunun 20-ci dəqiqəsində Medvedev, rəqibin futbolçusu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı bilərəkdən vurub. "Kopenhagen" də bu iddia ilə UEFA-ya şikayət edib, Maksimin cəzalandırılmasını istəyib.

Lakin, UEFA "Kopenhagen"in bu iddiasını rədd edib. Nəticədə Maksim Medvedevə hər hansı bir cəza verilməyib. Yenicag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31