Avro-2017: 20 aylıq fasilədən sonra yenidə millidə
Qadın voleybolçulardan ibarət İtaliya milli komandasının ilkin heyəti açıqlanıb. Davide Madzanti Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq üçün düşərgəyə 17 voleybolçu çağrılıb.
17 Avqust 2017 18:39 İdmanQadın voleybolçulardan ibarət İtaliya milli komandasının ilkin heyəti açıqlanıb. Davide Madzanti Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq üçün düşərgəyə 17 voleybolçu çağrılıb. Bunlardan 16-sı Dünya Qran-prisində iştirak edənlərdisə, onlar 1 yeni sima qoşulub. Bu, 20 aylıq fasilədən sonra komandaya dəvət edilən Valentina Diufdi. İtaliyanın heyəti belədi: Ofeliya Malinov, Alesiya Oro, Sara Bonifaço, Kristina Kirikela, Anna Danezi, Rafaela Foli, Katerina Bozeti, Luçiya Bozeti, Sara Loda, Miriam Sila, Paola Eqonu, İndre Sorokayte, Monika De Cenaro, Beatriçe Parokiale, Anastasiya Quera, Valentina Tirotsi, Valentina Diuf.
Qeyd edək ki, İtaliya yığması oyunlarını Tiflisdə keçirəcək. Onlar Gürcüstan, Belarus və Xorvatiya ilə B qrupunda mübarizə aparacaqlar. Apasport.az