Boliviyaya səfər edən bu şəxslər vizadan azad olunacaq
Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani sabah Azərbaycanda rəsmi səfərdə olacaqdır.
17 Avqust 2017 18:05 SiyasətBoliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani sabah Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir Fernando Uanakuni Mamani Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək. Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar. Azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31