Hamilə qalan 15 yaşlı qız "Öz istəyimlə oldum" dedi, atası sevgilisini öldürdü

Türkiyənin Adana şəhərində qızına təcavüz etdiyini irəli sürdüyü şəxsi öldürdüyü üçün həbs olunan atanın əvvəl də eyni hadisəyə görə qətlə yetirdiyi oğlandan şikayətçi olduğu ortaya çıxıb. Hadisə 14 avqustda baş verib. İddiaya görə, Emrah B. qızını zorlayan M.R.Y-nın iş yerinə gələrək "Sən qızımı zorladın. Sənə görə psixoloji müalicə alır" deyərək odlu silahdan 4 dəfə atəş açıb. Xəstəxanaya çatdırılan M.R.Y-nın həyatını xilas etmək mümkün olmayıb.

Şübhəli polis bölməsindəki ifadəsində namus məsələsi olduğunu, M.R.Y.-nı 15 yaşlı qızı F.N.B.-nı zorladığı üçün öldürdüyünü söyləyib. Emrah B. cinayəti qızının namusunu yerdə qoymamaq üçün törətdiyini və peşman olmadığını "Namusum üçün etdim. Namusumuzu yerdənmi tapdıq? Qızıma təcavüz etdi. Mən bu cinayəti başqa balalar zərər çəkməsin deyə etdim. Qızımı məndən aldılar. Hər kəsin başına gələ bilər. Bunların fotoları yayılsın, ifşa edilsin" fikirləri ilə ifadə edib. Atanın öldürdüyü gəncin qızıyla əlaqəsini F.N.B.-nın hamilə olduğu ortaya çıxan zaman öyrəndiyi və dərhal polisə şikayət etdiyi məlum olub. M.R.Y. nəzarətə alınıb. Oğlan 15 yaşlı F.N.B. ilə sevgili olduqlarını, bir-birlərini sevdiklərini və öz razılığı ilə birlikdə olduqlarını deyib. Ondan sonra polis qızın da ifadəsini alıb. Qızın "Biz M.R.Y. ilə sevgiliydik, öz istəyimlə onunla birlikdə oldum" dediyi üzə çıxıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31