Suraxanı rayonunun məsul şəxsləri “Dalğa” yay düşərgəsində olublar

17 avqust 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və aparatın məsul işçiləri 2 saylı Uşaq Evinin Zirə qəsəbəsində yerləşən “Dalğa” yay düşərgəsində olmuş və uşaqları ziyarət ediblər.

17 avqust 2017-ci il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və aparatın məsul işçiləri 2 saylı Uşaq Evinin Zirə qəsəbəsində yerləşən "Dalğa" yay düşərgəsində olmuş və uşaqları ziyarət ediblər. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə görüşdə 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyeva bildirib ki, "Dalğa" yay düşərgəsində uşaqların istirahəti üçün ən müasir şərait yaradılmışdır. 120 nəfər üçün nəzərdə tutulan düşərgədə müxtəlif yaş qruplarına aid uşaqlar üçün yaddaqalan yay istirahəti təşkil edilmişdir. Ümumi sahəsi 21 min kvadrat metrdən çox olan düşərgədən uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrini, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğını, respublikamızın sürətli iqtisadi inkişafının uşaqların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaratdığını uşaqların diqqətinə çatdırıb. İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva,   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı Uşaq Evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və hər zaman dəstək olurlar. Onlar  uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31