Behrami İtaliyaya qayıtdı
İsveçrə yığmasının futbolçusu Valon Behraminin yeni komandası müəyyənləşib. Təcrübəli oyunçu İtaliyaya qayıdıb. Belə ki, Behrami İngiltərənin "Uotford" klubunu "Udineze"yə dəyişib. Məlumatı udinelilərin rəsmi saytı yayıb. Tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb. Bu keçidin qarşılığında italiyalılar "Uotford"a 2,5 milyon avro veriblər.
17 Avqust 2017 16:40 İdmanİsveçrə yığmasının futbolçusu Valon Behraminin yeni komandası müəyyənləşib. Təcrübəli oyunçu İtaliyaya qayıdıb. Belə ki, Behrami İngiltərənin "Uotford" klubunu "Udineze"yə dəyişib. Məlumatı udinelilərin rəsmi saytı yayıb. Tərəflər arasında 2+1 illik sözləşmə imzalanıb. Bu keçidin qarşılığında italiyalılar "Uotford"a 2,5 milyon avro veriblər.
Qeyd edək ki, İtaliya Behrami üçün yad deyil. O, əvvəllər bu ölkənin "Cenoa", "Verona", "Latsio", "Fiorentina" və "Napoli" klublarında da çıxış edib. Apasport.az