Skandinaviyalıların qənimi - Qurban Qurbanov
"Qarabağ" bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.
17 Avqust 2017 16:42 İdman"Qarabağ" bu həftə Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" komandasına 1:0 hesabı ilə qalib gəldi və bu mötəbər yarışın qrupuna düşmək üçün yaxşı şans əldə etdi.
Avqustun 23-də bu cütün taleyinə aydınlıq gələcək. "Qarabağ", yoxsa "Kopenhagen"?
Ağdam klubu Qurban Qurbanovun rəhbərliyi altında Skandinaviya ölkələrinin təmsilçilərinin qəniminə çevrilib (Qurban Qurbanova qədər komanda iki dəfə ("Müpa-47" Finlandiya, "Kopenhagen" Danimarka skandinaviyalılarla görüşüb hər hər ikisində mərhələ adlaya bilməyib). 2009-cu ildən bu günə kimi "Qarabağ" 4 dəfə bu yarımadanı təmsil edən ölkələrin komandaları ilə görüşüb və hər dəfə də mərhələ adlayıb. Maraqlıdır ki, "Kopenhagen"lə oyunlar da daxil keçirilən 9 matçda Qurban Qurbanovun komandası cəmi 1 dəfə uduzub, amma yekun nəticədə mərhələ adlamağı bacarıb. 9 oyunda "Qarabağ" öz qapısından cəmi 2 qol buraxıb, 11 qol vurub. Qurban Qurbanovun rəhbərliyi dövründə "Qarabağ"la Skandinaviya ölkələri təmsilçilərinin oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
2009/2010 - Avroliqa.
Birinci təsnifat mərhələsi
"Qarabağ" - "Rusenborq" (Norveç) - 1:0, 0:0
İkinci təsnifat mərhələsi
"Qarabağ" - "Honka" (Finlandiya) - 2:1, 1:0
2013/14. Avroliqa.
Üçüncü təsnifat mərhələsi
"Qarabağ" - "Gefle" (İsveç) - 1:0, 2:0
2016/17. Avroliqa
Pley-off mərhələsi
"Göteborq" (İsveç) - 0:1, 3:0
2017/18. Çemponlar Liqası
Pley-off mərhələsi
"Qarabağ" - Kopenhagen (Danimarka) - 1:0
"Kopenhagen" - "Qarabağ" - ???
Qol.az