“Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin  müəllifi olduğu “Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dillər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Bəhmən Əliyevin  müəllifi olduğu "Hindistan etnoqrafiyası" adlı iki cildlik dərs vəsaiti nəşr edilib.

"Olaylar" bildirir  ki, vəsaitinin birinci cildi "Hindistan etnoqrafiyası" (maddi mədəniyyət)" adlanır. Bu cilddə Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya elminin yaranması və inkişaf tarixi öz əksini tapıb. "Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)" adlanan dərs vəsaitinin ikinci cildində Hindistаn etnoqrafiyasının formalaşmasında dinlərin və dini inancların rolu, varna-cati sistemi, bayramlar, musiqi və rəqslər, ailə-nikah münasibətləri, irqi-etnik tərkib, etno-mədəni proseslərdə dil amili və müasirlik müstəvisində araşdırılaraq şərh olunub.

İki cildlik dərs vəsaiti hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31