Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycandan dəstək istənilib

Bu gün Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşa Respublikasının təhsil naziri Anna Zalevskanın başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən  vrilən məlumata görə, Polşanın təhsil naziri A. Zalevska səfərinin məqsədinin  Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu, 2023-cü ildə milli skautların görüşünün Polşada keçiriləcəyinə ümid bəslədiyini söyləyib.

Polşa Senatının üzvü Malqorzata Kopiczko  Bakının ev sahibliyi etdiyi Skaut Konfransının əhəmiyyəti barədə danışıb. Polşa Seyminin deputatı Piotr Cieslinski 2023-cü ildə Skaut Konfransının Polşada keçirilməsi üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini bildirib. Vitse-spiker V. Ələsgərov polşalı mütəxəssislərin  Bakının bir sıra memarlıq nümunələrinin inşasında, o cümlədən 1918-ci ildə milli ordumuzun yaranması prosesində  iştirak etdiklərini xatırladıb. V. Ələsgərov parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Andrzey  Jankovski və digər rəsmi şəxslər iştirak ediblər. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31