"Kəpəz"in zədəlisinin durumuna aydınlıq gəldi
Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt"la görüşdə xəsarət alan "Kəpəz"in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib. Rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir. Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı. Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.
16 Avqust 2017 17:55 İdmanAzərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Sumqayıt"la görüşdə xəsarət alan "Kəpəz"in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib. Rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir. Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı. Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək. Goal.az