Yunanıstan Avropadan kömək istədi

Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına müraciət edib. Avqustun əvvəlindən başlayaraq ölkə boyunca meşə yanğınları tüğyan edir. Yerli yanğınsöndürənlərin alovun qarşısını ala bilmədiyi deyilir. Təkcə avqustun 14-ü 91, avqustun 15-i isə 55 yeni yanğın ocağı aşkar edilib. Son sutka ərzində isə 33 yeni yanğın hadisəsi qeydə alınıb. Yunanıstanın bəzi regionlarında fövqəladə vəziyyət elan edilib.

Kipr 60 nəfərdən ibarət qrupu Yunanıstana göndərəcəyini deyib. Fransa isə öz ərazisində meşə yanğınları ilə mübarizə apardığı üçün yardım yollamaqdan imtina edib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31