Lavrov: “Şimali Koreyanın iqtisadi boğulmasını dəstəkləmirik”
Rusiya Şimali Koreyanın iqtisadi cəhətdən boğulması haqqında bir sıra partnyorların ideyalarını dəstəkləmir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Pxenyana iqtisadi təzyiqin imkanları praktik olaraq bitib.
16 Avqust 2017 17:39 DünyaRusiya Şimali Koreyanın iqtisadi cəhətdən boğulması haqqında bir sıra partnyorların ideyalarını dəstəkləmir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Pxenyana iqtisadi təzyiqin imkanları praktik olaraq bitib.
Xatırladaq ki, avqustun 5-də BMT Təhlükəsizlik Şurası ABŞ-ı təklif etdiyi qətnaməni qəbul edib. Qətnamə Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.