Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi Bodrumda dincəlir- O, 300 ÇAMADANLA GƏLİB - VİDEO
İki gün öncə Bodruma istirahətə gedən Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi olan şahzadə Əl Vəlid bin Tallal bin Abduləziz əl Səud Bodrum küçələrini gəzdi. Bodrum küçələrini gəzən şahzadəni kimsə tanımasa da, onun 40-dək mühafizəçisi ilə küçələri şortiklə əlindəki Zaza təsbehi ilə gəzməsi heç kimin gözündən yayınmadı. Onu şəhərdə baş nazirin tərcüməçisi Taha Genç müşaiyət edib. Şahzadə öncə kafelərin birində ailəsi ilə birlikdə yemək yeyib. Orada iki saatadək ailəsi və yaxınları ilə söhbətləşdikdən sonra şəhər küçələrini gəzib.
16 Avqust 2017 14:24 Dünyaİki gün öncə Bodruma istirahətə gedən Səudiyyə Ərəbistanının ən varlı vəliəhdi olan şahzadə Əl Vəlid bin Tallal bin Abduləziz əl Səud Bodrum küçələrini gəzdi. Bodrum küçələrini gəzən şahzadəni kimsə tanımasa da, onun 40-dək mühafizəçisi ilə küçələri şortiklə əlindəki Zaza təsbehi ilə gəzməsi heç kimin gözündən yayınmadı. Onu şəhərdə baş nazirin tərcüməçisi Taha Genç müşaiyət edib. Şahzadə öncə kafelərin birində ailəsi ilə birlikdə yemək yeyib. Orada iki saatadək ailəsi və yaxınları ilə söhbətləşdikdən sonra şəhər küçələrini gəzib.
Qeyd edək ki, səudiyyəli şahzadə iki gün öncə 300 çamadan və 30 motoskiletlə Bodruma gəlib. Gündüz 88 metr uzunluğundakı "Kingdom 5 KR" yaxtasında dənizdə şahzadələr və yaxınları ilə vaxt keçirən vəliəhd, eyni zamanda Muğla və Bodrumun gözəl məkanlarını gəzməkdədir. Motosiklet həvəskarı olan şahzadə artıq Bodrum şəhərini motosikletlə də gəzib. Onun 32 milyard ollar sərvəti var. Gununsesi.info haber7-yə istinadən xəbər verir.