“Prezidentlər səviyyəsində keçirilən görüşlər Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına təkan verib”
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dediyi kimi Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə daxil olub. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi ikitərəfli münasibətlər strateji partnyorluq səviyyəsinə qalxır.
16 Avqust 2017 14:07 SiyasətTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dediyi kimi Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə daxil olub. Bu fikri açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Politoloq vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi ikitərəfli münasibətlər strateji partnyorluq səviyyəsinə qalxır. Q. Hüseynli əlavə edib ki, əvvəllər Azərbaycanla Türkmənistan münasibətlərində müəyyən gərginliklər var idi: "Aparılan danışıqlar, prezidentlər səviyyəsində keçirilən görüşlər iki dövlət arasındakı münasibətlərin inkişafına təkan verib. Tərəflər həm türk dövlətlərinin birliyinin möhkəmləndirilməsi zərurətini, həm də ikitərəfli münasibətlərinin inkişafının böyük əhəmiyyətə malik olduğunu anlayırlar". Politoloq həmçinin qeyd edib ki, Türkmənistanla Azərbaycan arasında narazılığın səbəbi Xəzərin statusu məsələsi ilə bağlı idi: "Xəzərin orta xətt prinsipi əsasında bölünməsinə razı olmayan 2 dövlət Türkmənistan və İran idi. Türkmənistanın Azərbaycana qarşı müəyyən iddialar var idi. Azərbaycan isə Xəzərdəki yataqların ortaq istifadə edilməsi təklifini irəli sürdü və hesab edirəm ki, bu da ən ağıllı variantdır". Azadinform.az