Türkiyəli şərhçi "Qarabağ"ı "Qalatasaray"a bənzətdi - VİDEO
ÇL-ın pley-off mərhələsində ilk matçda "Kopenhagen"i 1:0 məğlub etdikdən sonra Avropanın diqqəti "Qarabağ"a yönəlib. Bu oyun dünən axşam türkiyəli idman şərhçilərinin də müzakirə etdiyi matçlardan idi.
16 Avqust 2017 13:19 İdmanÇL-ın pley-off mərhələsində ilk matçda "Kopenhagen"i 1:0 məğlub etdikdən sonra Avropanın diqqəti "Qarabağ"a yönəlib. Bu oyun dünən axşam türkiyəli idman şərhçilərinin də müzakirə etdiyi matçlardan idi.
Türkiyəli futbol şərhçiləri cavab oyunu öncəsi üstünlüyə sahib olan "Qarabağ"ın Avropanın "Çelsi"si hesab edilən "Kopenhagen" üzərindəki qələbəsini dəyərləndiriblər. Ali Ece adlı şərhçinin dedikləri isə xüsusilə diqqət çəkib: "Mənim babamın anası azərbaycanlıdır. Uşaq vaxtı ora tez-tez gedib, gəlirdim. Qol gözəl qol idi. Təsadüf bir qol deyil". Ali Ecenin "Qarabağ"ın ötəngünkü möhtəşəm qələbəsi haqda dediklərinin ardını aşağıdakı videodan dinləyə bilərsiniz: