Ana doğduğu uşağını kolluğa atıb qaçdı - Cinsiyyətinə görə
Tikanlı kolların arasından valideynləri tərəfindən ölümə tərk edilmiş yeni doğulmuş körpə tapılıb. Kolluqda tapılan çılpaq qız uşağının bədənində cızıqlar olub. O, Hindistanın Una şəhərindəki kolluqların arasından tapılıb.
16 Avqust 2017 13:16 DünyaTikanlı kolların arasından valideynləri tərəfindən ölümə tərk edilmiş yeni doğulmuş körpə tapılıb. Kolluqda tapılan çılpaq qız uşağının bədənində cızıqlar olub. O, Hindistanın Una şəhərindəki kolluqların arasından tapılıb. Deyilənlərə görə, uşağın ora atılmasına səbəb cinsiyyətinin qız olmasıdır. Çünki Hindistanın bəzi bölgələrində doğulan qız uşaqları ailə tərəfindən qəbul edilmir. Uşaq yoldan keçənlər tərəfindən təcili xəstəxanaya çatdırılıb. Həkimlər onu müayinə ediblər. Həkimlərin dediyinə görə, uşaq tapılmasaydı, oradaca öləcəkdi. Fotoları təqdim edirik. Milli.Az "Metro"ya istinadən xəbər verir.


