"Barsa"ya transfer oldu - Sürücüsünə "Mercedes Benz" bağışladı
"Barselona"ya transfer olunan Poulino Çində xeyirxah əməlləri ilə gündəmə gəlib. Çində "Quançjou Evenqrand" klubunun şərəfəni qoruyan braziliyalı futbolçu sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, bu ölkədə çıxış edərkən xeyriyyə işlərinə də vəsait ayırıb. Bu barədə məlumatı Çin klubunun rəsmilərindən biri verib: "Poulino həmişə xoş niyyətli olub və hər şeyə görə "çox sağ ol" deyib. O, pula çox sakit yanaşır və onu bölüşməyi də sevir. Məsələn, öz sürücüsünə "Mercedes-Benz" bağışlayıb.
16 Avqust 2017 13:20 İdman"Barselona"ya transfer olunan Poulino Çində xeyirxah əməlləri ilə gündəmə gəlib. Çində "Quançjou Evenqrand" klubunun şərəfəni qoruyan braziliyalı futbolçu sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, bu ölkədə çıxış edərkən xeyriyyə işlərinə də vəsait ayırıb. Bu barədə məlumatı Çin klubunun rəsmilərindən biri verib: "Poulino həmişə xoş niyyətli olub və hər şeyə görə "çox sağ ol" deyib. O, pula çox sakit yanaşır və onu bölüşməyi də sevir. Məsələn, öz sürücüsünə "Mercedes-Benz" bağışlayıb.
O, Braziliyadan şəxsi ortopedini Çinə gitirmişdi. Sonra onun darıxdığını görüb, həyat yoldaşının və övladlarının da pulunu ödəyib Çinə gətirdi. Uşaqların beynəlxalq məktəbə düzəlməsinə yardımçı oldu. Uşaqlardan biri əməliyyat olarkən, lazım olan vəsaiti ödədi". Poulino "Barsa"ya keçmək üçün tələb olunan 40 milyon avro vəsaitin 7,5 milyonunu özü ödəyib. O, Çin klubunda 95 oyun keçirib, 27 qol vurub. Komanda.az