Gündəm

Hollandiyada qalmaqal — Kilsədə porno film çəkdilər

16 Avqust 2017 13:08

Hollandiyanın Tilburq şəhərində qalmaqal baş verib. Tilburqun "St Joseph" katolik kilsəsinin günah çıxarma kabinetində porno film lentə alınıb. Məsələ məhkəməyə qədər gedib. Amma hakimlər bu işi rədd ediblər. Çünki onların fikrinə əsasən dini təhqir etmək cinayət sayılmır və icazəsiz kilsəyə daxil olmaqda cinayət ünsürü yoxdur.

Qırmızı şərab və pendir Kim Çen İni dəliyə çevirib — ŞOK İDDİA

16 Avqust 2017 13:06

ABŞ və Şimali Koreya arasındakı gərginlik Quam adasını vurma planının təxirə salınması ilə bir az azalıb. İngilis mətbuatı Şimali Koreya lideri haqqında şok açıqlama verib. İngiltərənin "The Sun" qəzeti Kim Çen İnin qut xəstəliyinə yoluxduğunu və bunun öhdəsindən gəlmək üçün steroid müalicəsinə başladığını, müalicənin isə onu dəli etdiyini iddia edib. Həkimlərin fikirlərinə əsasən gənc diktator pendiri həddindən artıq çox xoşlayır və bu səbəbdən xəstəliyə yoluxub.

Telman İsmayılova ağır zərbə: 1,4 milyard dollarlıq “Mardan Palace” bağlandı

16 Avqust 2017 13:04

Dünyanın ən lüks oteli seçilən və 1,4 milyard dollara başa gələn Antalyadakı “Mardan Palace” hoteli rezervasiyanı dayandırıb.  “Mardan Palace” hotelinə zəng edildiyi zaman “Təsisatımız bağlı olduğu üçün rezervasiya ala bilmirik” cavabı verilir. Otelin baş direktoru Selçuk Şentepe isə rezervasiyaların qəbul edilməsinin bir həftə ərzində dayandırıldığını qeyd edib. Selçuk Şentepe işçi heyətinin də  işdən çıxarılması ilə bağlı irəli sürülən iddiaların doğru məlumat olmadığını, hələ də oteldə 670 nəfərin işlədiyini, hətta oteldə müştərinin olduğunu da bildirib.

Rusiyanın milyarder iş adamından Tarkana milyonluq təklif...

16 Avqust 2017 13:02

Rusiyanın tanınmış iş adamlarından biri doğum günündə mahnı oxuması üçün Tarkana 1 milyon dollar təklif edib. Rusiyanın milyarder iş adamı Türkiyənin meqa starı Tarkandan avqustun 19-da İspaniyanın Barselona şəhərində 10 nəfərdən ibarət keçirəcəyi ad günü şənliyində mahnılarını oxumasını istəyib. Bunun üçün iş adamı pop ulduza bütün xərclər daxil olmaqla 1 milyon dollar təklif edib. Tarkan isə bir saniyə belə düşünmədən “Özəl mərasimlərdə səhnəyə çıxmıram” deyərək təklifi rədd edib.

Qız övladı doğduğuna görə 2 oğlu əlindən alınan, bir qızı satılan 30 yaşlı ananın acı HƏYAT  HEKAYƏSİ

16 Avqust 2017 12:59

Bundan əvvəlki yazımızda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınlardan birinin həyat hekayəsini dərc etmişdik. 2-ci yazımız da 3 aydır sığınacaqda qalan 6 uşaq anası Elnazla bağlı olacaq.  Elnazın hekayəsi çox dəhşətlidir. Qəhrəman ana ilə danışmaq istədikdə gözlərindən yaş süzüldü. 3 qızı ilə sığınacaqda qalır. Biz içəri girəndə o,  3 aylıq qızını yedizdirirdi.  Daha sonra aşağı düşdük və gözü yaşlı hekayəsini danışmağa başladı.

Qurban bayramı tətili 10 gün davam edəcək

16 Avqust 2017 12:54

1-2 sentyabr tarixlərində müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən, Azərbaycanda sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləcə, Azərbaycan vətəndaşları ardıcıl olaraq 4 gün istirahət edə biləcəklər. Türkiyədə isə Qurban bayramı tətili 10 gün olacaq.

Türkiyə Almaniyaya nota verdi

16 Avqust 2017 12:49

Türkiyə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə əsas şübhəlilərdən biri hesab edilən Adil Öksüzlə əlaqədar Almaniyaya nota verib. Almaniya Xarici İşlər Nazirliyinə verilən notada Adil Öksüzün Almaniyada olması barədə xəbərlərin araşdırılması və ölkədə olduğu müəyyən ediləcəyi halda tutularaq Türkiyəyə ekstradisiya edilməsi istənilib. Almaniya Xarici İşlər Nazirliyində olan mənbələr Öksüzün ölkədə olduğuna dair əllərində hər hansı bir məlumatın olmadığını bildiriblər. Ancaq alman tərəfinin açıqlamaları Türkiyəni qane etməyib.

FETÖ əməliyyatında daha 7 nəfər həbs edilib

16 Avqust 2017 12:48

Türkiyənin Muğla şəhərində Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət Quruluşuna (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirilib. 

Qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsi üçün tədqiqat aparılacaq

16 Avqust 2017 12:43

Bu gündən avqustun 19-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlim təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təlim Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair aparılacaq tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulur. ÜST-nin ekspertləri tərəfindən aparılacaq təlim həm nəzəri, həm də praktiki məşqələlərdən ibarət olacaq.

Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü

16 Avqust 2017 12:35

Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb. Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb. Kürd peşmərgələri onun fotosunu dərc ediblər.

“Alçaq, binamus” – Şahin Zəkizadənin həyat yoldaşından SƏRT SÖZLƏR

16 Avqust 2017 12:32

Mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbninə Zəkizadə instaqram hesabında izləyisini təhqir edib. Onun övladına ad günü keçirməsini birmənalı qarşılamayan izləyicilər Səbinəni tənqid ediblər.

Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi

16 Avqust 2017 12:29

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Məlumata görə, oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Vüsal Məmmədov Azərbaycanın məhkəmə orqanı tərəfindən məhkəmə istintaqına cəlb edilib. 

Azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü

16 Avqust 2017 12:27

Rusiyanın Rostov şəhərində azərbaycanlı hovuzda batıb. Hadisə ötən gün səhər saatlarında şəhərdəki otel komplekslərindən birinin hovuzunda baş verib. 

Neft uğrunda amansız müharibə başlayır: Dörd ölkə ÜZ-ÜZƏ

16 Avqust 2017 12:22

Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır.  ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır. Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.

Hava yağışlı olacaq

16 Avqust 2017 12:20

Avqustun 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.  Mülayim şimal-şərq küləyi  əsəcək.