Gündəm
"Fənərbağça" dünya ulduzunu heyətinə qatır
"Fənərbağça" yeni transferlər etməyi düşünür. İsmayıl Köybaşı və Həsən Əli Kaldırımdan gözlənilən nəticəni ala bilməyən klub rəhbərliyi müdafiənin soluna yeni namizəd tapıb. İstanbul klubunun "Mançester Yunayted"in hollandiyalı ulduzu Deley Blind üçün danışıqlara başladığı iddia edilir. Müqaviləsi mövsümün sonunda bitəcək olan Blind üçün "Fənərbağça" yanvar ayında ingilis nəhənginə az miqdarda pul ödəyərək oyunçunu icarə əsasında öz heyətinə qatmaq istəyir. Mövsümün sonunda isə oyunçunu uzun müddətli müqavilə ilə komandaya qatmaq planlarını qurur.
"Ermənistan götürdüyü öhdəliyi yerinə yetirməyib"
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi səfir Zoltan Hernyesi qəbul edib. Nazirlikdən verilən məlumata görə, E.Məmmədyarov Zoltan Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
İtaliyada mafiyaya qarşı əməliyyat - 37 saxlanılan arasında polislər də var
İtaliya polisi ölkənin müxtəlif vilayətlərində, o cümlədən Almaniyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib. İtaliyanın beş vilayətində və Almaniyanın bəzi bölgələrində keçirilən əməliyyatda ümumilikdə 37 nəfər həbs olunub. Məlumata görə, həbs olunanlar arasında bir hüquqşünas və iki karabiner (polis) də var.
Erməni deputat Azərbaycanın Ermənistandan üstün olduğunu etiraf etdi
Ermənistan Azərbaycanla hərbi balansı itirir. Bunu “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir: “Çünki Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti qeyd edir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyi və vasitəçiliyini itirib”.
“İskəndər”lər oyuncaq kimi vurulacaq - Ermənistan parlamentində Azərbaycan ETİRAFI
“Biz strateji tərəfdaşımız olan Rusiya sayəsində Azərbaycanla hərbi balansı uduzduq”. Bu barədə Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanın parlamentdə müzakirəsi zamanı “Yelk” fraksiyasının deputatı Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Rusiyanın Azərbaycana nə qədər silah satdığını onlar bilmir.
Azərbaycanda körpələrin 50 faizi ana südi ilə qidalanır
"Azərbaycanda 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq ana südü ilə qidalanmanın iki dəfə artığını görərik. Belə ki, 1992-ci ildə əgər uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faiz və daha çox təşkil edir. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır". Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qərbin “rəngli inqilab” ssenariləri Don Kixotun yel dəyirmanıyla mübarizəsinə bənzəyir”
Tunis və Misirdən başlayaraq Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna kimi gənc postsovet respublikalara qədər olduqca böyük bir siyasi arealda kütləvi iğtişaşları və hakimiyyət çevrilişlərini həyata keçirən Qərbin "rəngli inqilab" sponsorları və strateqləri eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər ediblər, ancaq hər dəfəsində də biabırçı fiasko ilə üzlə şiblər.
Rusiya Polad Bülbüloğlunu dəstəklədi
Moskva YUNESKO-nun baş direktoru vəzifəsinə iddiaçı kimi Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Seçkilər bazar ertəsi keçiriləcək. Ehtimal ki, bir neçə tur olacaq. Azərbaycan bizim prioritetimiz olaraq qalır, sonra vəziyyətə baxacağıq", - deyə nazir müavini vurğulayıb.
Azərbaycan ruhanilərindən Aşurada başyarma hadisəsinə SƏRT ETİRAZ
Dünən sosial şəbəkələrdə Aşura mərasimində bir qrup şəxsin qəmə vurduğu barədə video paylaşılıb. Bakının Binə qəsəbəsinin "Atçılıq sovxozu" deyilən ərazisində baş verən bu hadisə insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Ekologiya statistikasına dair beynəlxalq tədbirlər keçirilir
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə birgə məqsədli işçi qrupunun 14-cü sessiyası və İqlim dəyişikliyi ilə bağlı statistik məlumatların istehsalçıları və istifadəçiləri üçün forum keçirilir. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.
Mikaela Meredis: Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir
Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir, yaxud digər tərzdə zorakılığa məruz qalır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis deyib.
Ölkədə gender və uşaq zorakılığı üzrə monitorinq qrupları yaradılıb
“Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb”. Bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, insan hüquqlarının, xüsusi ilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq müsbət nəticələrimiz var: “Yerliözünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri, tələbələr üçün fakultativ dərslər keçirilir.
Kürd referendumunun əsl hədəfi ORTAYA ÇIXDI: yəhudilərin GİZLİ MƏQSƏDLƏRİ
Məsud Bərzaninin keçirdiyi “müstəqillik referendumu” türkman torpağı olan Kərkükün işğal planına çevrildi. Bir tərəfdən Bərzani demoqrafik vəziyyətin dəyişdirildiyi Kərkükü də qondarma referenduma daxil etdi, digər tərəfdən ABŞ-ın dəstəklədiyi PKK/PYD Suriyada üzünü Deyrizor bölgəsinə çevirdi. Deyrizor üzərindən Suriyanın cənubunu hədəfə alan PKK əslində 83 il öncə cızılmış bir xəritənin həyata keçirilməsi prosesində iştirak edir. Söhbət Kərkük neftinin İsrailin Hayfa limanına daşıyacaq boru xətti layihəsindən gedir. Kərkük nefti 1934-cü il 15 sentyabr tarixindən başlayaraq, Hayfa limanına daşınırdı. Lakin 1948-ci ildə İsrail yaranandan sonra, bu xətt bağlandı.
Dünyanın diqqəti Tehranda
Türkiyə və İran prezidentləri təkbətək görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar. Həsən Ruhani İran və Türkiyənin regionda sabitlik üçün vacib ölkələr olduğunu bildirib.
500 qadınla yatan, 1171 uşağı olan qaniçən Sultan İsmayıl - Bilmədiyiniz FAKTLAR
Sultan Mulay İsmayıl Mərakeşi 1672-1727-ci illərdə idarə edib və dövlətin 4 əsas tarixi paytaxt şəhərlərindən biri olan Meknes şəhərinin əsasını qoyub.














