Ölkədə gender və uşaq zorakılığı üzrə monitorinq qrupları yaradılıb

 “Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb”. Bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, insan hüquqlarının, xüsusi ilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq müsbət nəticələrimiz var: “Yerliözünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri, tələbələr üçün fakultativ dərslər keçirilir.

"Prezident İlham Əliyev və respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspetizası aparılıb". Bunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, insan hüquqlarının, xüsusi ilə də qadın və uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində mövcud qanunların implementasiyası ilə bağlı da artıq müsbət nəticələrimiz var: "Yerliözünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri, tələbələr üçün fakultativ dərslər keçirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının üzvlərindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilmişdir". O, bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə 207 nömrəli qərarı ilə "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları" təsdiq edilmiş və bu sahədə müvafiq işlər görülmüşdür: "Məişət zorakılığının qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılmasının bir sıra müsbət cəhətləri var. İlk növbədə biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldirik, xüsusilə regionlarda, hətta kəndlərdə görüşlər keçiririk. İkincisi isə müəyyən edirik ki, hansı istiqamətdə iş aparılmalı və daha da təkmilləşdirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31