Rusiya Polad Bülbüloğlunu dəstəklədi

Moskva YUNESKO-nun baş direktoru vəzifəsinə iddiaçı kimi Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Seçkilər bazar ertəsi keçiriləcək. Ehtimal ki, bir neçə tur olacaq. Azərbaycan bizim prioritetimiz olaraq qalır, sonra vəziyyətə baxacağıq", - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, P.Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə 9 namizəddən biridir. YUNESKO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. Namizədlərlə İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibə keçirilib. Bu ilin oktyabrında keçiriləcək İcraiyyə Şurasının 202-ci sessiyasında gizli səsvermə olacaq. Yekun qərar isə noyabr ayında keçiriləcək YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək. Virtualaz.org TASS-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31