Mikaela Meredis: Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir
Dünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir, yaxud digər tərzdə zorakılığa məruz qalır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis deyib.
4 Oktyabr 2017 17:13 SosialDünyada hər 3 qadından biri ya döyülür, ya cinsi əlaqəyə məcbur edilir, yaxud digər tərzdə zorakılığa məruz qalır. Bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis deyib. O, qeyd edib ki, məişət zorakılığı cəmiyyətin əsaslarına ciddi zərbə vurur: "Agentlik "Azərbaycanda Gender Əsaslı Zorakılıqla (GƏZ) Mübarizə" adlı 2 illik gender əsaslı zorakılığın qarşısının alınması məqsədilə müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması prosesində hökumətə dəstək verir. Azərbaycanda Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılan vacib addımdır. Məlumat bazası gender əsaslı zorakılıqdn əziyyət çəkən qurbanı olan şəxslərə qarşı məhkəmə, səhiyyə, sosial və digər xidmətlərin təminatı baxımdan əhəmiyyətli bir alətdir".