"Fənərbağça" dünya ulduzunu heyətinə qatır
"Fənərbağça" yeni transferlər etməyi düşünür. İsmayıl Köybaşı və Həsən Əli Kaldırımdan gözlənilən nəticəni ala bilməyən klub rəhbərliyi müdafiənin soluna yeni namizəd tapıb. İstanbul klubunun "Mançester Yunayted"in hollandiyalı ulduzu Deley Blind üçün danışıqlara başladığı iddia edilir. Müqaviləsi mövsümün sonunda bitəcək olan Blind üçün "Fənərbağça" yanvar ayında ingilis nəhənginə az miqdarda pul ödəyərək oyunçunu icarə əsasında öz heyətinə qatmaq istəyir. Mövsümün sonunda isə oyunçunu uzun müddətli müqavilə ilə komandaya qatmaq planlarını qurur.
4 Oktyabr 2017 18:09 İdman"Fənərbağça" yeni transferlər etməyi düşünür. İsmayıl Köybaşı və Həsən Əli Kaldırımdan gözlənilən nəticəni ala bilməyən klub rəhbərliyi müdafiənin soluna yeni namizəd tapıb. İstanbul klubunun "Mançester Yunayted"in hollandiyalı ulduzu Deley Blind üçün danışıqlara başladığı iddia edilir. Müqaviləsi mövsümün sonunda bitəcək olan Blind üçün "Fənərbağça" yanvar ayında ingilis nəhənginə az miqdarda pul ödəyərək oyunçunu icarə əsasında öz heyətinə qatmaq istəyir. Mövsümün sonunda isə oyunçunu uzun müddətli müqavilə ilə komandaya qatmaq planlarını qurur.
Qeyd edək ki, ulduz oyuncu 2014-cü ildə "Ayaks"dan "Mançester Yunayted"ə 17,5 milyon avro qarşılığında transfer olunub. 27 yaşlı futbolçu bu mövsüm yeddi matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.